Heç kimə sirr deyil ki, Azərbaycanda bəzi məktəb və internatların maddi-texniki bazası, vəziyyəti hələ də lazımı səviyyədən aşağıdır. Dövlətimiz bu sahədə planlı şəkildə böyük işlər görür, yeni məktəb və internat binaları tikir, əsaslı və cari təmir işləri aparır, maddi-texniki bazanı yeniləndirir və s. Qeyd etmək istəyirəm ki, bu sahədə Azərbaycana Türkiyə, Yaponiya, Norveç və digər xarici ölkələr tərəfində də dəstək olur. Bu sahədə görülən işlər bir amala – insanların bilik və mədəniyyətinin artmasına yönəlmişdir.