Zamanı gəlmiş bir fikirdən daha güçlü bir şey ola bilməz. Bu fikir məni daha çox işlər görməyə, mövcüd potensialı tam realizə etməyə kökləyirdi. Ancaq həkimlik həyatımda formalaşmış keyfiyyətlər, xüsusiyyətlər və bilikləri mütləq yeni fəaliyyətimdə tətbiq etmək şərti ilə. Amalımın xəyalımla üst üstə gəlməsi sakit həyat tərzindən, darıxdırıcı seyr etmək mövqeyindən uzaq tutub yorulmadan çalışmağa sövq etdi. 25 ildə TAİS-İKF MMC ilə gerçəkləşən bu xəyali görmək böyük bir fəxarət və zövqdür.
Sadə bir "Catering" xidmətləri ilə başladığımız bu yolculuqda TAİS-İKF MMC ailəsinə qatılan RS- HORECA , RS - CLEANİNG, RPC , ŞİRİNPAY, RS-TECH, Remservices ilə birlikdə gözlədiklərimizi üstələyir və daha böyük uğurlara imza atmalarına ümüdləndirir.
TAİS-İKF MMC’ olaraq verdiyimiz söz çox sadə, müasir çağırışları mənimsəmək ve yeni fürsətlərı kəşf edərək fəaliyyətimizi böyütmək və genişləndirməyə davam etdirməkdir.
İş sistemini təkminləşdirmək çalışanlarımızın peşakarlığını yüksəltmək, İT-rın imkanlarını tətbiq edərək keyfiyyətli və davamlı xidməti təmin edib şirkətimiz üçün hədəflərimizi aşmağımızı qarşımıza ali məqsəd qoymuşuq.
Ən böyük varlığımız isə, fövqəladə bir xidmət göstərmək üçün yorulmadan çalışan yüksəkixtisaslı, savadlı, layiqli işçilərin mövcudluğudur. Şirkətimizin uğurlu fəaliyyətinin əsasını təşkil edən və mənimlə uzun bir yol keçməyi bacaran bu işçilər üçün əlimdən gələni edəcəyəmki, TAİS İKF ailəsinin üzvü olmaqları ilə fəxr etsinlər.