Bakıda fəaliyyət göstərən biznes mərkəzləri və ofislərin işçilərini keyfiyyətli və təhlükəsiz yeməklə təmin edən şirkətimiz qısa müddətdə regionda etibarlı keyterinq brendinə çevrilmişdir. Respublikamızın müxtəlif sahələrində təmsil olunan brendimiz BTC, Avrovijn, Avropa Olimpiya Oyunları, TANAP və digər dövlət əhəmiyyətli layihələrdə uğura imza atmışdır. Qazanılmış təcrübə, formalaşmış kadr potensialı, peşəkarlıq və innovativlik fəaliyyətimizin palitrasını, keyfiyətini, miqyasını, növünü və həcmini artırmış oldu. Tarladan süfrəyə güvənli, sağlam, faydalı, dadlı, müştəri zövqünə uyğun yüksək iaşə xidməti şirkətimizin təməl siyasətidir. Təcrübəli və peşəkar aşpazlarımız müştəri ehtiyaclarını və arzularını anlayır, hər gün daha bir iaşə xidmətindən məmnun etmək üçün nə yaradacaqlarını planlaşdıra bilirlər. Sağlam və cazibədar səhər yeməyi, keyfiyyətli, zəngin və tutumlu nahar, faydalı və təhlükəsiz şam yeməyi daxil olan iaşə təklifləri ilə yanaşı, aşağıdakı xidmətlərimizi təqdim edirik:

 Quruda keyterinq xidmətləri

 Dənizdə keyterinq xidmətləri

 Vendinq xidmətləri (kofe və çay vendinq maşınların quraşdırılması və təchizatı)

 Özəl ailə tədbirlərinin təşkili və keçirilməsi

 Korporativ tədbirlərin təşkili

 Dizayn-tərtibat xidmətləri

 Video və foto xidmətləri

 Kafe və restoranların idarə olunması və təchizatı


Ünvan

Ə. Qaibov 5, Bakı, Azərbaycan, Poçt indeksi AZ1029

Telefon

(+994 12) 5142217-67

Mail

info@remservices.az