TAİS İKF olaraq fəaliyyətimizin ilk günlərindən keyterinq xidmətləri ilə yanaşı, təmizlik və evdarlıq xidmətləri də göstərmişik. Bu xidmətlər əsasən dəstək xarakteri daşımaqla, müştərilərimizin təlabatlarını tam ödəməyə yönəlmiş və ən əsası müvafiq təcrübə toplamaqda bizə kömək olmuşdur.

Öz təcrübəmizdən və digər şirkətlərin uyğun təcrübəsindən bəhrələnərək bütün müştərilərimizin ehtiyaçlarına uyğun təmizlik çözümləri və proqramlar tərtib edib, xidmətə keyfiyyət və elmi yanaşma gətirərək, “RS-Cleaning” adı altında fəaliyyətimizi davam etdirdik.

Dinamik inkişaf edən “RS-Cleaning” fəaliyyətinin keyfiyətini, miqyasını, növünü və sayını artıraraq təmizlik sektorunda peşəkar xidməti ilə öz layiqli yerini tutdu.

Bu gün 350 nəfərlik personalı ilə 250000 m² sahənin təmizlik işlərinin aparılmasının qürurunu yaşayan markamız aşağıdakı xidmətləri göstərərək təmizliyin təmin edilməsi yollarını təklif edir:

  Otaqların yığışdırılması

  Şüşə və fasad təmizlənməsi

  Açıq ərazilərin təmizlənməsi

  Təmirdən sonra təmizlik

  Əsaslı təmizlik

  Gündəlik təmizlik

  Kompleks təmizlik

  Qardan təmizləmə

  Qapalı sahələrin təmizlənməsi

  Xüsusi təmizlik (HVAC)

Bundan başqa, bizim şirkətimiz sənaye alpinizmi, xususi mərmər kristalizasiyası, mətbəx təmizlik xidmətlərini də müştərilərinə təklif edir.


Ünvan

Ə. Qaibov 5, Bakı, Azərbaycan, Poçt indeksi AZ1029

Telefon

(+994 12) 5142217-67

Mail

info@rs-cleaning.az