“TAİS-İKF” MMC-dən uşaqlara 1 iyun sevinci ! 2025-cil

 


 

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “TAİS-İKF” MMC rəhbərliyinin təşəbbüsü ilə Gusto Moderno restoranında unudulmaz bir bayram tədbiri təşkil olundu.

 

Tədbir valideyn himayəsindən məhrum uşaqlarla yanaşı, sağlamlıq imkanları məhdud olan uşaqları və tədris ili ərzində yüksək nəticələr göstərmiş gimnaziya şagirdlərini də bir araya gətirdi. Bu, cəmiyyətin müxtəlif təbəqələrindən olan uşaqların birlikdə sevinc və xoşbəxtlik paylaşdığı xüsusi bir gün oldu.

 

Bayram proqramında uşaqlara sevinc bəxş etmək məqsədilə interaktiv oyunlar, əyləncəli şoular, animasiya qəhrəmanlarının çıxışları və rəngarəng sürprizlər təqdim olundu. Bundan əlavə, uşaqlar üçün xüsusi olaraq təşkil olunmuş pizza hazırlanması üzrə master-klass da böyük maraqla qarşılandı. Balacalar peşəkar aşpazların rəhbərliyi ilə öz pizzalarını hazırlamaqdan böyük zövq aldılar.
 

Uşaqlar üçün xüsusi hazırlanmış ləziz yeməklər, şirin desertlər və fərdi hədiyyələr tədbirə əsl bayram əhval-ruhiyyəsi qatdı. Gün boyu davam edən musiqi, rəqs və gülüşlərlə dolu anlar həm balacaların, həm də onları müşayiət edənlərin yaddaşında silinməz iz buraxdı.

 

        
 

“TAİS-İKF” MMC olaraq inanırıq ki, cəmiyyətin ən həssas təbəqəsi olan valideyn himayəsindən məhrum uşaqlara göstərilən diqqət və qayğı, onların gələcəyinə qoyulan ən dəyərli sərmayədir. Bu təşəbbüslə biz onların həyatına bir az da olsa işıq saçmağın sevincini yaşadıq və gələcəkdə də bu istiqamətdə sosial layihələrimizi davam etdirmək niyyətindəyik.